Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayev vəfat edib.
Bu barədə BDU məlumat yayıb.
Bildirilib ki, 72 yaşında dünyasını dəyişən Ə.Babayev 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 65-dən çox elmi əsərin, iki metodiki vəsaitin müəllifi olub.
SÜLH.İNFO.az xəbər verir ki, azxeber.com-un əldə etdiyi məlumata görə, Əhməd Babayev bu gün səhər metronun "28 May" stansiyasında vəfat edib.
***
Bakı metropolitenində ölüm hadisəsi baş verib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə məlumatı metropolitenin mətbuat xidmətininin rəhbəri Bəxtiyar Məmmədov verib.