​“001” Bakının mərkəzində lüks maşınları əzdi (VİDEO)

​“001” Bakının mərkəzində lüks maşınları əzdi
12:11 28.03.2023
358 Hadisə
A- A+

Bakıda zəncirvari yol qəzası baş verib.

Hadisə dünən Səbail rayonu, Zərifə Əliyeva küçəsində qeydə alınıb.

01 BO 001 dövlət qeydiyyat nişanlı "Nissan Patrol" markalı avtomobil idarəetmədən çıxaraq "Hyundai Accent"ə çırpılıb. Zəncirvari qəzada yol kənarındakı digər avtomobillərə də ciddi ziyan dəyib.

Hadisəyə səbəb olan və zədələnən avtomobillərin lüks nəqliyyat vasitələri olması diqqəti cəlb edib.