​Saakaşvili buna görə məhkəmədə iştirak etməyəcək

​Saakaşvili buna görə məhkəmədə
09:59 09.12.2021
245 Dünya
A- A+

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili səhhətinə görə dekabrın 9-da məhkəmə iclasında iştirak edə bilməyəcəyini deyib.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə o, “Facebook”da yazıb.

Cümə axşamı Tbilisi şəhər məhkəməsində sabiq prezidentin sərhədi qanunsuz keçməsi ilə bağlı işə baxılacaq.

Xatırladaq ki, qeyd edilən iş üzrə ilk iclas noyabrın 16-da, Saakaşvilinin iştirakı olmadan keçirilib.