​Polisdən "Tarqovı"da poza verən modelə xəbərdarlıq - "Bura plyaj deyil" / FOTOLAR

​Polisdən
13:23 28.03.2023
415 Hadisə
A- A+

Bakıda fəaliyyət göstərən Emilia Dinqo adlı model və bloqçuya polis xəbərdarlıq edib.

Bu barədə model öz instaqram hesabında məlumat verib: "Bu fotosessiya zamanı məni polis saxladı. Belə geyimdə çəkiliş qadağandır", "Bura plyaj deyil", "Bura Azərbaycandır, eşidirsiz?", "Ana-bacı baxır", "Şəkilləri silin. Təsadüfən bu qanunları konstitusiyada görmüsünüzsə, mənə skrinşot göndərin. Ümumiyyətlə, bu fotosessiyanı altı aya hazırlamışam. Şəkilin hər bir detalı xüsusi olaraq bu fotolar üçün hazırlanıb və hamısı birlikdə təxminən 2500 manat edib", - deyə o qeyd edib.