"Ölkə.Az" xəbər verir ki, Sumqayıt şəhərinin Köhnə Corat qəsəbəsində yaşayan 76 yaşlı Raya Rzayevanın mənzilində üzərnində zorakılıq əlamətləri olan meyiti taplıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Müayinə zamanı qadının küt alətlə baş nahiyəsindən xəsarət yetirilməklə öldürüldüyü məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakini Cəfərov İntiqam Akif oğlu saxlanılıb.
Təqsirləndirilən şəxs qismində dindirilmiş İntiqam Cəfərov ifadəsində bildirib ki, dekabrın 30-da iş tapmaq üçün səhər saat 11:00 radələrində yaşadığı qəsəbəyə çıxıb. Tanımadığı bir evin darvazasının qapısının açıq olduğunu görən Cəfərov pula ehtiyacı üzündən oradan oğurluq etmək qərarına gəlib.
Böyük otağa daxil olaraq stolun üzrənidəki 2 ədəd üzüyü və sırğaları, həmçinin mobil telefonu götürüb cibinə qoyub. Üzərindəki balaca bıçaqla şkafı açmaq istəyən zaman arxadan səs eşidib. Çevriləndə yaşlı qadın qarşısını kəsərək onu tutub saxlamaq istəyib.
Qadın onun paltarını tutub buraxmyaraq İntiqamla bərabər darvazaya tərəf gəlib. Cəfərov onu özündən aralamaq üçün bıçaqla qadının boynuna zərbələr vurub. Sonuncu onun əlindən sürüşərək ayağından dartıb. İntiqam ayağı ilə Raya Rzayevanın başından təpiklə vurduqdan sonra yerdən götürdüyü daşla qadının başına təkrar zərbələr endirib.
İntiqam Cəfərov bildirib ki, ev sahibəsini öldürəndən sonra özünə gəlmək üçün biraz pilləkəndə oturub. Sonra isə qapını açaraq küçəyə çıxıb. Küçədə heç kəslə rastlaşmayıb.
Əlində və ayaqqabısında olan qan ləkələrini cibindəki dəsmalla təmizləyib. Mərkəzi küçə ilə hərəkət edərəkən dəsmalı və bıçağı tullayıb. Qızılları satmaq üçün Kolxoz bazarının yaxınlığındakı qızıl mağazasına gəlib və həmin əşyaları orada 260 manata satıb. Telefonu isə həmin ərazidə tullayıb.
Zərərçəkmiş şəxs qismində dindirilmiş Mahir Rzayev bildirib ki, ayın 30-u axşam saat 18:00 radələrində işdən evə gəldikdə anasının yerdə sifəti qanlı vəziyyətdə uzandığını görüb. Onun sözlərinə görə evin qapısı açıq, otaqda əşyalar dağınıq vəziyyətdə olub. Anasının meyitinə baxdıqda qulağındakı sirğaları və barmağındakı üzüyü görməyib.
Məhkəmə prosesində İntiqam Cəfərov ittima üzrə özünü təqsirli bilib.
Sonda Əvvəllər məhkum olunmuş İntiqam Cəfərov CM-nin bir neçə maddəsi ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum olunub.