​“Barselona” gənc ulduzunu satacaq

​“Barselona” gənc ulduzunu satacaq
16:17 28.03.2023
254 İdman
A- A+

“Barselona” yayda hücumçusu Ansu Fatini satacaq.

Kataloniya klubu hələ də 20 yaşlı futbolçunun potensialını yüksək qiymətləndirir. Bununla belə, maddi sıxıntılar səbəbindən onun satışı məqsədəuyğun hesab edilir.

Fatinin 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsində 1 milyard avroluq sərbəst qalma maddəsi var. Bu mövsüm o, “Barselona”nın heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, altı qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.