Bu cür təhdidlərdən bəziləri Tural Abbaslıya ünvanlanıb. Mövzu ilə bağlı Ağ partiyanın sözçüsü Cavanşir Abbaslı Referans.az-a açıqlama verib. Cavanşir Abbaslı bu cür təhdidlərdən çəkinmədiklərini qeyd edib.
“Təbii ki, Tural Abbaslı sosial şəbəkələrdə olan bu tip təxribat xarakterli paylaşımlardan və rəylərdən qorxmur və çəkinmir. Azərbaycanda milli məsələ olan zaman Ağ Partiya və onun rəhbəri hər zaman dövlətçilik mövqeyindən çıxış edib və bu dəfə də elə etdik. Buna görə də hədəfə gətiriləcəyimiz gözlənilirdi. 44 günlük müharibədən sonra bəlkə də, yeganə partiya biz idik ki, İranın ermənipərəst mövqeyini hər zaman qınayırdıq. Bu təxribat xəbərləri bizə çatan kimi Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq və məlumat verdik. Mühafizə məsələsinə gəlincə isə, Azərbaycanda partiya rəhbərlərinin mühafizə olunması mövzusunu ən çox gündəmə gətirən də məhz Tural bəydir. Sözügedən təhdidlərdən sonra artıq partiya rəhbərinin təhlükəsizliyi üçün qabaqlayıcı tədbirlər alırıq. Artıq Tural Abbaslı tək harasa getmir və bəzi partiya üzvləri onu müşahidə edir”.