Bakı şəhəri 22 nömrəli tam orta məktəb şagirdin təhsil müəssisəsinin binasından yıxılması xəbərinə münasibət bildirib.
Məktəbdən Oxu.Az-a verilən məlumata görə, şagirdin məktəbdə ikinci mərtəbədən yıxılması ilə bağlı məlumat həqiqəti əks etdirmir:
“Bu gün 9f sinfinin şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) fiziki tərbiyə dərsində yıxılıb və qolundan yüngül xəsarət alıb.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb, şagirdin ailəsinə məlumat verilib.
Hazırda şagird evdədir, özünü yaxşı hiss edir”.