​Nazir polkovniki Gürcüstandan Türkiyəyə göndərdi

​Nazir polkovniki Gürcüstandan
12:01 31.03.2023
227 Ölkə
A- A+
Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovniki İmran Mustafayev vəzifəsindən azad edilib.

SULH.İNFO.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Nazirin digər əmri ilə polis polkovniki İmran Mustafayev Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində DİN-in nümayəndəsi təyin edilib.

Hələlik Azərbaycanın Gürcüstandakı səfirliyininin DİN nümayəndəsi vəzifəsinə təyinat olmayıb.