​Rəşad Dağlı ilə bağlı QƏRAR VERİLDİ - Meyxanaçını bu qədər həbs gözləyir

​Rəşad Dağlı ilə bağlı QƏRAR VERİLDİ
13:44 31.03.2023
286 Maqazin
A- A+
Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi məhkəməyə göndərilib.

Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məşhur meyxanaçının nə qədər cəza veriləcəyi ilə bağlı Hüquqşünas-vəkil Cavanşir Seyidov Referans.az açıqlama verib. 

“Meyxanaçı Rəşad Dağlıya Cinayət məcəlləsinin 120.1 yəni, qəsdən adam öldürmə maddəsi ilə məhkəməyə ittiham göndərilib. Bundan əlavə onu qeyd edim ki, 120.2, 120.3 və digər maddələr üzrə də ittiham elan oluna bilərdi. Cinayət məcəlləsinin 120.1-ci maddəsində göstərilir ki, bu cinayət maddəsi üzrə məsuliyyət müddəti minimum 9 il, maksimum  14 ili əhatə edir. Yəni meyxanaçı 9 ilə 14 il arası cəza verilə bilər".