​Azərbaycanda FİLM KİMİ OĞURLUQ - İki nəfər əlbir olub 31 ev YARDI

​Azərbaycanda FİLM KİMİ OĞURLUQ
14:26 31.03.2023
254 Hadisə
A- A+
Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 31 evdən ümumi dəyəri 36 000 manatdan çox olan təmir-tikinti alətləri, inşaat materialları, naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini Nizami Əliyev və Bakı şəhər sakini Mahir Talıbov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.