​Bakı metrosunda növbəti OLAY - Bir balon xlorla metroya GİRDİ, təhlükə YARANDI

​Bakı metrosunda növbəti OLAY
15:43 31.03.2023
240 Hadisə
A- A+
Bakı metrosunda sərnişinlər üçün yarana biləcək təhlükənin qarşısı alınıb.

Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  bildirib ki, “Gənclik” stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.

“Maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib”, - deyə B.Məmmədov əlavə edib. (qafqazinfo)