​İki rayonda 6 koronavirus xəstəsi saxlanıldı

​İki rayonda 6 koronavirus xəstəsi
12:20 09.12.2021
168 Toplum
A- A+

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerlərdə xəstəliyə yoluxmuş şəxslər aşkar olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan SÜLH.İNFO.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının bu günlərdə keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri olan 5 nəfərin - Samir Həsənov, Hafiz Hümbətov, Aqil Qurbanov, Rövşən Cəfərov və Ariz Bahadurovun aktiv koronavuris xəstələri olduqları halda müalicə aldıqları ünvanları tərk etdikləri müəyyən edilib.

Saxlanılan şəxslərin polis əməkdaşları tərəfindən müalicə aldıqları ünvanlara qaytarılması təmin edilib.

Füzuli RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Bu xəstəliyə görə ev şəraitində müalicə təyin edilən rayon sakini Səccat Abdullayev özünütəcrid müddəti bitmədən yaşadığı ünvanı tərk edib. O, polis əməkdaşları tərəfindən rayon ərazisində saxlanılaraq müalicə aldığı ünvana geri qaytarılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.