Həbsdə olan meyxanaçı Rəşad Dağlının ailəsindən növbəti açıqlama yayılıb.
Bu barədə onun oğlu Yusif Əmirovun səhifəsində paylaşım edilib.
Bildirilib ki, söz ustasının övladının adından Tiktok-da səhifələr açılır:
“TikTok hesabım şəkildə qeyd etdiyimizdir. Xahiş edirəm diqqətli olun, istəmirəm kimisə aldatsınlar və mənim adımdan pul yığsınlar. Mən canlı yayım açsam, üzümü göstərəcəyəm və elə danışacağam”.