"Apple” ürək xəstəlikləri olan istifadəçilərə iPhone-larını sinələrindən uzaqlaşdırmaq barədə xəbərdarlıq edib.
AZXEBER.COM xəbər verir ki, texnologiya nəhəngi "Apple”ın bu xəbərdarlığına indi yeni nəsil iPhone 13 və 14, AirPods qulaqlıqları, Apple saatları və aksesuarları daxildir.
"Müəyyən şəraitdə maqnit və elektromaqnit sahələri tibbi cihazlara müdaxilə edə bilər və bu da insan sağlamlığına ziyan vura bilər", - deyə Apple bloq yazısında yazıb.
Qeyd edək ki, bu xəbərdarlıqlar ilk dəfə 2020-ci ilin oktyabrında iPhone 12-nin təqdimatı ilə ortaya çıxıb.