Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
S.Bayraqdar bu barədə Tvitterdə paylaşım edib.
“Qardaş ölkəmiz Azərbaycanda göstərdiyi səmimi qonaqpərvərliyə görə hörmətli Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Tək millət, iki dövlətin ortaq gələcəyi olan “Qızılalma” üçün işləməyə davam edəcəyik”.
Qeyd edək ki, S.Bayraqdar Azərbaycanda səfərdədir. Prezident İlham Əliyev aprelin 3-də onu qəbul edib.