​Dərini qocalmaqdan qoruyan SADƏ ƏRZAQLAR

​Dərini qocalmaqdan qoruyan
16:28 03.04.2023
188 Maraqlı
A- A+
Dərinin qocalma prosesini ləngitməyin sadə üsulları açıqlanıb.

Cebhe.info “Life” nəşrinə istinadən bildirir ki., bunu dietoloq Yelena Tixomirova deyib. 

Mütəxəssis, ilk növbədə, zahiri dəyişikliklərin qarşısını almaq üçün içki rejiminə riayət etməyi və tərkibində çoxlu duz olan qidaların istehlakını məhdudlaşdırmağı tövsiyə etdi.

Ekspertin fikrincə, yağların, zülalların və dəmirin köməyi ilə dərinin gəncliyini qorumaq lazımdır. Tixomirova pəhrizə bitki yağları, qoz-fındıq, toxum və süd daxil etməyi tövsiyə etdi. Bundan əlavə, dietoloqun fikrincə, yüksək proteinli qidalara istənilən növ ət, quş əti, balıq, dəniz məhsulları, kəsmik, pendir və yumurta daxildir.Sonda Tixomirova yod və kollagenin istehsalını təşviq edən C vitamininin əhəmiyyətini vurğulayıb.

Bu elementlərlə zəngin qidaların siyahısına dəniz məhsulları və balıqlar, həmçinin sitrus meyvələri, kivi, təzə bolqar bibəri, dondurulmuş qara qarağat və dəniz daxildir. 

Fevral ayında kosmetika brendi “Clinique” dərinin qocalmasının qarşısını almağın üç asan yolunu sadalayıb. Mütəxəssislərin fikrincə, dəri rəngindən və günəşdə qalma müddətindən asılı olmayaraq, günəşdən qoruyucu krem sürmək gündəlik vərdişə çevrilməlidir.