​“Nərmin işi” ilə bağlı YENİ XƏBƏR - Sabahkı məhkəmədən nə gözlənilir?

​“Nərmin işi” ilə bağlı YENİ XƏBƏR
17:00 03.04.2023
254 Hadisə
A- A+
Nərmin Quliyeva cinayəti ilə bağlı növbəti məhkəmə prosesi sabah, yəni aprel ayının 2-də baş tutacaq.

Cinayətdə təqsirli hesab edilən və artıq 3 ildən çoxdur istintaq prosesi davam edən İlkin Süleymanovun qardaşı Adil Süleymanov baş tutacaq məhkəmə prosesi ilə bağlı Referans.az-a danışıb. Adil Süleymanov sabahkı məhkəmədən müsbət gözləntiləri olduğunu qeyd edib.

“Sabahkı məhkəmədə müsbət irəliləyiş olacağına ümid edirik. Məhkəmənin indiki gedişindən zatən görsənir ki, İlkin azadlığa buraxılmalıdır. Cinayət işinin özü də göstərir ki, İlkinin burada heç bir günahı yoxdur. Mən dəqiq deyə bilmərəm ki, ədalət öz yerini tapacaq yoxsa yox, amma ümid edirəm ki, tapar. Biz İlkinin bəraət almasını qanunlar çərçivəsində çoxdan gözləyirik. Sabah baş tutacaq məhkəmədə yəqin ki, istintaq zamanı aşkar edilmiş maddi sübutlara yenidən baxılacaq”.