Xəbər verdiyimiz kimi, bu gün Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SÜLH.İNFO.az -a verilən məlumata görə, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.
***