Xalq artisti Röya Ayxan dələduzluğa məruz qalıb.
Müğənni bu barədə "Instagram" hesabında məlumat verib.
Sənətçi qeyd edib ki, Bakıda olmadığı halda restoranların biri onun adını afişaya salıb və 4 aprel tarixində paytaxtda səhnə alacağını qeyd edib.
Röya Ayxan deyib ki, o, hazırda dostları ilə Azərbaycandan kənar tətildədir və Bakıda səhnə almayacaq.