​15 yaşlı oğlan 3 uşaq anası olan sevgilisini BIÇAQLADI - hökm OXUNDU

​15 yaşlı oğlan 3 uşaq anası olan sevgilisini BIÇAQLADI
09:46 06.04.2023
139 Hadisə
A- A+
Bakı Apellyasiya Məhkəməsində sevgilisini bıçaqlamaqda təqsirləndirilən 2007-ci il təvəllüdlü İlkin Cəbiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hökmü ilə İ.Cəbiyev 3 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, İ.Cəbiyev barəsində 70-ci maddə tətbiq edilərək ona iki il müddətinə şərti cəza təyin edilib.

 Qeyd: Hadisə ötən il iyulun 5-də paytaxt ərazisində baş verib. İttihama görə, 2007-ci il təvəllüdlü İ. Cəbiyev 2020-ci ildə onunla eyni məhəllədə yaşayan Dilbər İbrahimzadə ilə tanış olub. 13 yaşlı oğlanla D.İbrahimzadə arasında intim münasibət yaranıb. Bu ilin iyun ayından başlayaraq Dilbər ona qarşı soyuq davranmağa başladığından 15 yaşlı oğlan Dilbərin ona xəyanət etdiyi qənaətinə gəlib. Bu məqsədlə o Dilbəri evinin yanındakı paltar mağazasında görüb onunla mübahisə edib. Mübahisə zamanı o, Dilbəri bıçaqlayıb. Dilbər İbrahimova ailəli olub və 3 azyaşlı uşağı var. 15 yaşlı oğlanla sevgili olduğu üzə çıxandan sonra o həyat yoldaşından ayrılıb.