Azadlıq prospekti 4 ünvanında baş verən yanğının təfərrüatları məlum olub.
3 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yaşayan Faiq Tahir oğlu Əzizov qardaşı Xaliqlə mübahisə edib.
Buna səbəb isə Faiqin anasından və qardaşından pul istəməsi olub.
Bundan sonra isə ana və Xaliq evdən çxıb. Bu zaman isə Faiq evə od vurub. Nəticədə evin bir otağı tamamilə yanıb, digər hissələr isə alovdan mühafizə edilib.
Hadisəni törədən şəxs saxlanılıb.