"Ölkə.Az" xəbər ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini İmran Mirzəyev ailə münaqişəsi zəminində anası Nuranəni döyərək bədən xəsarətləri yetirib. Qadın aldığı xəsarətlərdən bir gün sonra evdə dünyasını dəyişib.
Rayon PŞ-si əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmran Mirzəyev saxlanılıb.
İş üzrə dindirilmiş İmran Mirzəyev ifadəsində bildirib ki, hadisə baş verən günü sərxoş vəziyyətdə evə qayıdan zaman qapının bağlı olduğunu görüb. Evə daxil olmaq üçün qapını bərk itələdiyindən anası onu bu hərəkətinə görə söyüb. Bu səbəbdən aralarında mübahisə başlayıb. Bir-birilərinin ünvanlarına söyüşlər söyüblər.
Özünü idarə edə bilməyən İmran qaz sobasının yanından maşanı götürərək anasını başının arxa və ön nahiyyələrinə güclü zərbələr vurub. Anası özünü müdafiə etmək üçün əlləri ilə başını tutmağa çalışdığından zərbələrdən qollarına da dəyib.
İmran bildirib ki, zərbələrdən sonra anası səndələyərək pilləkənlərdən düşüb bağa tərəf gedib.
Səhərsi günü o, Xaçmazda yerləşən mal bazarına gedərək həyətdə olan dananı 100 manata satıb. Əldə etdiyi pula özünə ayaqqabı alıb və kafedə oturub yemək yeyərək spirtli içki qəbul edib.
Bacısıoğluna zəng vurub onun restoranda olub olmaması ilə maraqlananda ona anasının öldüyünü və təcili kəndə gəlməsini bildiriblər. Kəndə qayıdandan sonra ona məlum olub ki, aldığı xəsarətlərdən anası huşunu itirərək bütün gecəni oğlu Əlirzanın darvazasının qarşısında qalıb və aşkar olunandan 6-7 saat sonra keçinib.
Araşdırmalar zamanı məıum olub k, İmran Mirəyev bir il ərzində 4 dəfə atası Qeyb və anası Nuridəni döyüb. Hadisə baş verən gecə atası qorxusundan gedib qızının evində qalıb.
Sözü gedən fakt məhkəmə prosesində şahid ifadələri öz təqsdiqini tapıb.
Məhkəmə prosesində təqsirləndirilən İmran Mirzəyev ittiham üzrə özünü təqsirli hesab edərək əməlindən peşman olduğunu bildirib.
Sonda Məhkəmənin hökmü ilə İmran Mirzəyev 11 il müddətinə azadlıqdan məhrum olunub.