Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində yerləşən Gorus rayonunun Tex (Dığ) kəndi yaxınlığında mövqe quran azərbaycanlılarla erməni əsgərləri arasında əlbəyaxa dava olub.
Bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, əlbəyaxa davanın səbəbini yerli sakinlərdən biri açıqlayıb:
“Azərbaycanlılar həmin ərazidəki otlaqlarda mövqe qurandan sonra istehkamlar tikməyə və üzərində Azərbaycan bayraqları olan dirəklər asmağa başlayanda erməni mühafizəçiləri də bunu etdilər.
Azərbaycanlılar əsgərlərimizə erməni bayrağını yaxından görmək istəmədiklərini bildiriblər və onlardan xeyli aralıda öz postlarını qurmağı əmr ediblər. Lakin əsgərlərimiz geri çəkilmədi, nəticədə əlbəyaxa döyüş oldu”.