​Həyat yoldaşı Oqtay Gülalıyevin sağlıq vəziyyətindən DANIŞDI

​Həyat yoldaşı Oqtay Gülalıyevin sağlıq vəziyyətindən
12:18 06.04.2023
123 Toplum
A- A+
"Oqtayın bəyin vəziyyətində elə bir ciddi yenilik yoxdur".

Bunu Cebhe.info-ya açıqlamasında hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, hazırda həyat yoldaşının müalicəsi də əvvəlki qaydada davam edir:

"Səhhətində nə irəliləmə, nə də geriləmə var. Əvvəlki kimidir. Səhər təmizlikçi və tibb bacısı gəlmişdi. Saat 18:00-dək onlar qulluq edir. Saat 6-dan sonra isə özümüz baxırıq. Təəssüf ki, kiçik irəliləyiş belə yoxdur".

Xatırladaq ki, Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində yol-nəqliyyat qəzasına düşüb. Həmin gün axşam Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə "City Hospital"da əməliyyat edilib. 

Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilib.

Avtomobil qəzası ilə bağlı cinayət işi açılıb. Amma istintaq qurumu qəzanın qəsdən törədilmədiyi qənaətini açıqlayıb. O.Gülalıyevin vurulduğu avtomobilin sürücü də qəzanı qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib.