KONKRET.az xəbər verir ki, bu barədə Almatı Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Cumagəldiyevin həbs müddəti daha iki ay uzadılıb.
“Almatı İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsinin 6 aprel 2023-cü il tarixli qərarı ilə ibtidai istintaq orqanının vəsatəti təmin edilib və Cumageldiyevin həbs müddətinin iki ay, 2023-cü il iyunun 7-dək uzadılmasına icazə verilib”, – məlumatda deyilir.
Qeyd edək ki, 2022-ci il yanvarın 7-də Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi kriminal avtoritet “Vəhşi Arman”ın Almatıda saxlanılması barədə məlumat yayıb. Arman Cumagəldiyevlə birlikdə onun qruplaşmasının üzvü olduğu ehtimal edilən daha 5 nəfər saxlanılıb.
Baş Prokurorluğun məlumatına görə, kriminal avtoritet yanvar iğtişaşları zamanı insanları oğurlayıb.