​Bulvarda YENİ TƏHLÜKƏ - Şəxsi məlumatlarınız oğurlana bilər/VİDEO

​Bulvarda YENİ TƏHLÜKƏ
13:00 06.04.2023
128 Sosial
A- A+

Həyatımızın ayrılmaz hissəsinə çevrilən internet, həm də ciddi təhlükə mənbəyidir. Şəxsi məlumatlarımızın smartfonlarda toplandığı bir dövrdə parklarda, restoranlarda hər kəsin qoşula bildiyi internet nə qədər təhlükəlidir?

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz İT üzrə ekspert Fərid Kazımov bildirib ki, xakerlər internet şəbəkələrinə qoşularaq, asan şəkildə insanların şəxsi məlumatlarını əldə edə bilərlər. Buna görə də açıq internetdən istifadə tövsiyə edilmir.

Ekspertin sözlərinə görə, ictimai məkanlarda internetdən istifadə etmək üçün smartfonu qeydiyyatdan keçirmək daha təhlükəsiz hesab olunur.

Ekspert qeyd edib ki, internetdən istifadə etmək üçün mobil cihazı qeydiyyatdan keçirdikdə, kiber cinayət törətmək istəyən şəxsin qoşulduğu qurğu müəyyən edilir və qarşısı alınır.