​İbtidai sinif şagirdləri arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - Bu SƏBƏBDƏN (YENİLƏNİB) +VİDEO

​İbtidai sinif şagirdləri arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
14:15 06.04.2023
315 Hadisə
A- A+
“Bakıdakı 20 nömrəli orta məktəbdə 10-a yaxın şagird quş əti tərkibli qida qəbul edib”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov 20 nömrəli məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O söyləyib ki, şagirdlər mədə ağrısı şikayətləri ilə müraciət ediblər:

“Məktəbə təcili tibbi yardım briqadası çağırılıb və zərurət olan şagirdlər müayinə üçün xəstəxanaya aparılıblar. Onların vəziyyəti kafi, normal olaraq qiymətləndirilir.

Bu qidalar məktəb bufetinin müvafiq şirkət ilə razılaşması əsasında hazırlanır. Həmin şirkətə də bu barədə məlumat verilib. Aidiyyəti qurumlar da məsələni araşdırırlar. Müvafiq qurumlara məlumat verilib və aidiyyəti üzrə nəzarət ediləcək”.

Qeyd edək ki, zəhərlənən şagirdlər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıblar.

***

Bakıda məktəblilər arasında zəhərlənmə olub. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, zəhərlənmə paytaxtın A.Hüseynzadə adına 20 nömrəli məktəbində qeydə alınıb. 

İlkin ehtimala görə, zəhərlənmə ibtidai sinif şagirdləri arasında qeydə alınıb.

Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, məsələ dəqiqləşdirilir.