​20 nömrəli məktəbdə zəhərlənənlərdən birinin vəziyyəti AĞIRDIR - TƏBİB məlumat YAYDI

​20 nömrəli məktəbdə zəhərlənənlərdən birinin vəziyyəti AĞIRDIR
15:04 06.04.2023
324 Hadisə
A- A+
Bakı şəhəri 20 nömrəli məktəb-liseydə baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib.

Bu barədə  TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib:

"Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir".