​Prokurorluq məktəbdəki zəhərlənməni ARAŞDIRIR

​Prokurorluq məktəbdəki zəhərlənməni
15:38 06.04.2023
427 Hadisə
A- A+
Bu gün Bakı şəhər 20 saylı orta məktəbdə şagirdlər arasında baş vermiş kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriliib.

Qeyd edilib ki, 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır: "İlkin ehtimallara əsasən şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib".