​Astarada OLAY - dörd yaşlı uşağı it DİŞLƏDİ

​Astarada OLAY
16:21 06.04.2023
461 Hadisə
A- A+
Astara rayonunda 4 yaşlı uşağı it dişləyib.

APA xəbər verir ki, hadisə rayonun Toradi kəndində baş verib.

4 yaşlı A.Hüseynzadə həyətdə oynayarkən it hücum edərək onun üz nahiyəsini dişləyib.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı zərdab vurulub. Ambulator müalicəyə buraxılıb.