"Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub”.
Məktəb rəhbərliyindən bu barədə rəsmi məlumat verilib.
"Məktəbdə hadisənin baş verdiyi an bununla bağlı bir məsələni qeyd edək ki, məktəb yeməkxanasının işlədilməsi müvafiq iaşə xidməti müəssisəsi tərəfindən yerinə yetirilir. Və həmin iaşə xidməti qurumuna da müvafiq dövlət qurumları tərəfindən aidiyyəti üzrə nəzarət olunur. Təcili tibbi yardıma məktəb rəhbərliyi tərəfindən məlumat verildiyi an eyni zamanda valideynlərə və müvafiq dövlət qurumlarında da məlumat verilmişdir. Və aidiyyəti üzrə araşdırmaların aparılması davam etdiriləcək. Hələlik qida mənşəli zəhərlənmədə uşaqlarda narahatlığın olduğu qeyd olunur. Və yəqin ki, müvafiq araşdırmalardan sonra hansı qidadan bu narahatlığın yaranması aşkar olunacaq".