​Prezident Tarif Şurasının tərkibinin genişləndirilməsi barədə FƏRMAN İMZALADI

​Prezident Tarif Şurasının tərkibinin genişləndirilməsi barədə
10:33 07.04.2023
145 Siyasət
A- A+
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi genişləndirilib.

Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında öz əksini tapıb.

Fərmana əsasən, Şuranın üzvləri sırasına Dövlət Statistika Komitəsi sədrinin müavini və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri əlavə edilib.