“Qəbələ-2”nin futbolçusu Rauf Rüstəmli və komandanın meneceri Muraz Muradlı hakimi təhqir etdikləri üçün cəzalanıblar.
İntizam Komitəsi I Divizionun XXIII turunda “Araz Naxçıvan”la matçda nalayiq ifadələr işlətdiyinə görə oyunçuya 4, klub rəsmisinə isə 5 oyunluq cəza kəsib.
Birbaşa qırmızı vərəqə alan şəxslər "qırmızı-qaralar"ın müvafiq olaraq 320 və 400 manat məbləğində cərimələnməsinə də səbəb olublar.