​Yaşı 10 ildən çox olan AVTOMOBİLLƏRİN QİYMƏTLƏRİ açıqlandı - qərar aprelin 29-da...

​Yaşı 10 ildən çox olan AVTOMOBİLLƏRİN QİYMƏTLƏRİ açıqlandı
13:30 07.04.2023
A- A+
Nazirlər Kabinetinin qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.

BAKU.WS-in məlumatına görə, sözügedən qərar aprelin 29-da qüvvəyə minəcək.

Eyni zamanda 29 mart 2023-cü il tarixi də daxil olmaqla həmin dövrə qədər xarici ölkədən sifariş etdiyi avtomobil üçün ödəniş edən, müqavilə bağlayan şəxslər yaşı 10 ildən çox olsa da vtomobilini ölkəyə gətirə biləcək.

İstismar müddəti 10 ildən çox olan avtomobillərlə bağlı qadağa ölkədə maşın bazarında qiymət dəyişikliyinə səbəb olub. Belə ki, ilinə və modelinə görə avtomobillərin qiymətindəki dəyişikliyi araşdırmaq qərarına gəlmişik.

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan avtomobillərin nağd qiymətləri ilə bağlı elan saytlarına nəzərə yetirdik. Seçdiyim modellər içində ən ucuz və baha qiymətlər aşağıdakı kimi dəyişir:

2005-2012 buraxılış ilinə görə "Mercedes"lər - 8800 AZN - 34500 AZN

2005-2012 buraxılış ilinə görə "Chevrolet Aveo" - 7200 AZN - 13000 AZN

2005-2012 buraxılış ilinə görə "Hyundai Accent" - 7800 AZN - 19500 AZN

2005-2012 buraxılış ilinə görə "Opel Astra" - 7200 AZN - 17000 AZN

2005-2012 buraxılış ilinə görə "Toyota Prius" - 10500 AZN - 22800 AZN

2005-2012 buraxılış ilinə görə "KİA Ceed" - 11800 AZN - 21200 AZN