İspaniyanın məşhur aktrisa və aparıcısı Ana Obreqonun son addımı səs-küyə səbəb olub.
Sfera.az bildirir ki, 68 yaşlı ulduz sosial media hesabından ölən oğlunun spermasından övladı olduğunu açıqlayıb.
Surroqat analığı qadağan edən İspaniya hökuməti isə ABŞ-də doğum etdiyini deyən Obreqona sərt reaksiya verib.
Digər tərəfdən aktrisa “İnstaqram”da körpəsi ilə qucağında çəkdirdiyi şəkli paylaşıb. “Mən bir daha heç vaxt tək olmayacağam. Yenidən həyata qayıtdım”, - o yazıb.