Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Referans.az-a açıqlamasında qeyd edib ki, yeni xətlərin açılması sərnişin təlabatından asılıdır.
"Binə qəsəbəsində bildiyimiz kimi hazırda Koroğlu metrostansiyası istiqamətinə 160 nömrəli avtobus xətti fəaliyyət göstərir. Sonra orada təlabata uyğun olaraq Mərdəkan və Suraxanı istiqamətinə də avtobuslar var. Savxoz Binə mərkəzinə və Binə Atçılıq istiqamətinə də marşrut xətti var. Sıxlıqla bağlı onu deyə bilərəm ki, bu bizim Bakıətrafı bütün kəndlərdə də müşahidə olunur. Çünki, son illər əhalinin sürətli və plansız məskunlaşması bu cür problemlərin yaranmasına gətirib çıxarır. Amma yeni xətlərin açılması bunlar hamısı sərnişin təlabatından asılıdır, və mərhələli şəkildə avtobusların təşkil edilməsi istiqamətində marşrut xətləri müsabiqəyə çıxarılır. Müsabiqəyə çıxarılan marşrut xətləri də daşıyıcılar tərəfindən istismar olunması ilə bağlı qərar qəbul olunur. Çünki, Bakı Nəqliyyat Agentliyinin (BNA) özünün avtobusları yoxdur ki, hansısa istiqamətlər üzrə avtobus versin. Xətlər təşkil olunur və müsabiqəyə çıxarılır. Daşıyıcı şirkətlərə maraqlıdırsa, onlar həmin marşrut xəttini əgər tələblərinə uyğundursa, fəaliyyəti onlara həvala olunur ki, onlar istismar eləsinlər. Təkcə Binə deyil Bakıətrafı kənd və qəsəbələrdə davamlı olaraq optimallaşdrıma işləri aparılır".
Mais Ağayev bildirir ki, bu çərçivədə yeni marşrut xətlərinin açılması istisna deyil
"Mövcud xətlərin hansısa bir istiqamətdə dəyişdirilməsi də istisna deyil. Ona görə də indidən yeni xətlərin açılması ilə bağlı dəqiq bir məlumat vermək düzgün olmaz. Amma bu istiqamətdə təhlillər aparılır. Təkcə Binə ilə bağlı deyil, Mərdəkan, Şağan, Maştağa və Bilgəh hər yerdə bu təhlillər aparılır ki, hansı istiqamətdə daha çox avtobuslar işləyir. Məsələn, bir ehtimal odur ki, o istiqamətlərdə ekspert xətlər açılsın. Marşrut xətti qalmaqla yəni 160 nömrəli avtobus xətti qalmaqla əlavə ekspert xətlərinin açılması istisna edilmir. Deyək ki, Koroğludan sərnişin götürülür heç bir dayanacaqda dayanmadan birbaşa Binənin mərkəzinə gedəcək. Belə istiqamətlər üzərində iş aparılır".