Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki Ülvi Zülfüqarov olub.
Ülvi Zülfüqarovun sözlərinə görə, o, 2001-ci ildə ali məktəbə qəbul imtahanında 691,25 bal toplayıb. Bundan sonra o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.
Zülfüqarov bildirib ki, Prezident Administrasiyasının binasında yüksək bal toplayan tələbələrlə görüş planlaşdırılıb və onun da adı siyahı da olub:
"Tədbirə gedənə qədər bilmirdim ki, Ulu öndər Heydər Əliyevlə görüşəcəyimi bilmirdim. Oraya gedəndən sonra ab-havadan bildim ki, Heydər Əliyev də orada olacaq".
Daha ətraflı videoda: