Bu barədə “MK-Novosibirsk” kanalı məlumat yayıb.
Zərərçəkənin sosial şəbəkələrdə dediyi kimi, iki yeniyetmə küçədə yoldan keçənlərə bankadan dərman çiləyərək bunu özlərinə əyləncə biliblər.
Bu hərəkətlərinə görə onlara irad bildirildikdən sonra nəticə çıxarmaq yerinə daha çox yeniyetmə bir araya gəlib.
"Yeniyetmələrdən biri əlində neft və alışqanla dayanıb məni hədələməyə başladı bundan sonra mənim və kiçik qardaşımın üzünə alışqanı yandırıb tutmağa başladılar" - deyə zərərçəkmiş qız bildirib.
Qız yeniyetmələrin bu hərəkətini telefon kamerasına çəkməyə çalışıb, bundan sonra yeniyetmələr ona hücum edərək telefonu əllərindən almaq istəyiblər.
Yeniyetmələrdən birinin kimliyi artıq müəyyən edilib - o, yerli məktəbin yeddinci sinif şagirdi olub.
Polis hadisəni təsdiqləyib, zərərçəkənlər izahat yazıblar.