Ədliyyə Nazirliyi Penitensiar xidməti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisinin ölümü ilə bağlı məlumat yayıb.
SÜLH.İNFO.az xəbər verir ki, məlumatda deyilir:
"Təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Zakir İsmayılovun cəzaçəkmə müəssisəsində vəfatı barədə yayılmış məlumatla bağlı kütləvi informasiya vasitələrinin sorğularına cavab olaraq Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib.
Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Zaki İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb.
Lakin aparılan tibbi tədbirlərə baxmayaraq, o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat edib".