​28 yaşadək olan kişilərin NƏZƏRİNƏ! - aprel ayının 10-dan iyun ayının 09-dək...

​28 yaşadək olan kişilərin NƏZƏRİNƏ!
15:39 10.04.2023
186 Ölkə
A- A+
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir.

Həqiqi hərbi xidmət keçmək arzusunda olan, 28 yaşadək (yalnız xidmət müddəti başa çatdığına görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılmış zabitlər) kişi cinsli Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qəbul olunmaq üçün 2023-cü il aprel ayının 10-dan iyun ayının 09-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aşağıda qeyd olunan sənədlərini təqdim etməlidirlər:

  • Ərizə;
  • Anket;
  • Tərcümeyi-hal;
  • Şəkil 3 x 4 (2 ədəd);
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Təhsil haqqında sənədin surəti;
  • Ehtiyatda olan zabitin hərbi biletinin surəti.

Xidmətə qəbul olmaq istəyən namizədlər fiziki cəhətdən sağlam, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Namizədlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytına daxil olaraq (“Elektron xidmətlər” bölməsi sətrindən “Həqiqi hərbi xidmətə qəbulla əlaqədar müraciət” düyməsini sıxaraq açılmış pəncərədə müraciəti formalaşdırır)https://exidmet.seferberlik.gov.az/Security/Login/...[email protected]. elektron poçt ünvanlarına müraciətlərini göndərə və ya şəxsən Xidmətin Aparatına yaxınlaşaraq müraciət edə bilərlər. Eyni zamanda qeyd olunan sənədləri poçt vasitəsi ilə müvəqqəti ünvana göndərilə bilər.

QEYD: Namizədlərin xidmətə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”na uyğun həyata keçirilir. Hər bir namizədin bu Qaydalarla tanış olması zəruridir.

Müvəqqəti Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun şərq hissəsində yerləşən Xidmətin Çağırış Məntəqəsi Kompleksinin inzibati binası.

Əlaqə telefon nömrəsi: (012) 498-70-00