Hadisədən əvvəl sürücü “Marriott” otelin qarşısında avtomobili saxlayaraq lüt soyunub və paltarlarını orada qoyaraq sükan arxasına keçib. Sonra idarə etdiyi avtomobillə Yusif Səfərov və bir neçə küçədə geriyə hərəkət etməklə kobud qayda pozuntusuna yol verib. Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücünün narkotik vasitənin təsiri altında olması şübhəsi yaranıb. Tibbi müayinəyə aparıldıqdan sonra onun narkotik vasitədən istifadə etmədiyi məlum olub. Bu gün isə valideynlərinin də razılığı ilə 20 yaşlı həmin şəxs ruhi əsəb xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, həmin şəxs tələbədir. Azərbaycan Dövlət Neft Sənaye Universiteninin ikinci kurs tələbəsi olan Cabbarbəyli Rauf
Fuad oğlu ali məktəbə 650 balla qəbul olunub və savadlı bir tələbə kimi tanınıb.
Hadisə zamanı polisə tabe olmasa da, yol polisi təhlükəsizlik qaydalarına əməl edərk, digər nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qorumaqla həmin şəxsi saxlamağa nail olublar. Yalnız bir avtomobilə ziyan vuran sürücü həyətlərin birində sıxışdırılaraq tutulub. Bu zaman əynində heç bir geyim olmayıb, yol polisləri onu geyimlə təmin edərək polis bölməsinə təhvil veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az–a bildirilib ki, Raul Cabbarbəylinin hadisə törədilən zaman psixi pozuntu vəziyyətində olduğu həkim rəyi əsasında müəyyən edilib.
Məlumata görə, o, hazırda həkim nəzarətindədir.