İstanbulda Murad adlı şəxs eşşəyini satışa çıxarıb.
Sülh.info.az xəbər verir ki, eşşəyi üçün 7500 türk lirəsi tələb edən türkün davranışı gündəm olub. Qəribəsi budur ki, o eşşəyini evlərin və avtomobillərin satıldığı elan saytında satışa çıxarıb. İstifadəçilər elanın altına “Neçənci ildir?” “Avomobillə dəyişdirilə bilərmi?”, “Necə gedir” kimi əyləncəli rəylər yazıblar. Eşşək Türkiyədə gündəm olub.