​“Avroviziyada bizə narkotik maddə təklif etdilər” – Dilarədən SENSASİON AÇIQLAMA

​“Avroviziyada bizə narkotik maddə təklif etdilər”
09:24 11.04.2023
124 Maqazin
A- A+

Müğənni Dilarə Kazımova növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

 “AStar” verilişinə qonaq olan müğənni “Avroviziya” zamanı ona narkotik maddə də təklif edildiyini bildirib:

“Orada bizə narkotik maddə təklif etdilər, amma qəbul etmədim, çünki onu hər insanın vücudu qəbul etmir və sonradan problemlər yaranır”.

Müğənni keçmiş həyat yoldaşının onun işinə maneə olduğunu da deyib:

“Əvvəllər o, məni çox dəstəkləyirdi hətta “Avroviziya”ya gedəndə də ən böyük dəstəkçim idi. Sonradan onda qısqanclıq çox oldu. Səbəbsiz yerə məni qısqanmağa başladı. Obraz kimi formalaşmağım artıq onda qısqanclığa səbəb verirdi. Geyindiyim köynək kiminsə xoşuna gələndə, ya da kimsə mənə sual verəndə ,artıq onda qısqanclıq yaranırdı. Çətinliklə ayrıldıq, çünki bizi elə böyüdüblər ki, ailəni sonadək qoruyub saxlamalısan. Çalışdım, amma gördüm ki, bu, mümkün deyil… Artıq bu səsimə də təsir edirdi, qışqırıb-bağırırdıq deyə səsim batırdı”.