Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan may ayında Vaşinqtonda görüşə bilərlər.
Bu barədə “Past” nəşri Ermənistanın Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Diplomatik mənbə qeyd edir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel görüşün Brüsseldə keçirilməsinə çalışır, lakin danışıqların Vaşinqton meydançasında davam edəcəyi gözləntisi var: “Blinken görüşün təşkili ilə bağlı aktiv işləyir. Görüş may ayının ikinci yarısında ola bilər”. (publika.az)