​Xarici vətəndaş Azərbaycanda bunu edə bilməyəcək

​Xarici vətəndaş Azərbaycanda
12:18 11.04.2023
145 Ölkə
A- A+

Azərbaycanda başqa ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməməsinə dair layihə qəbul edilib.

Bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna yeni maddə əlavə olunub.

Yeni maddəyə əsasən, kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan vətəndaşı olmalıdırlar.

Qanuna təklif olunan digər dəyişikliklə isə səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə biləcək.

Dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda qəbul edilib.