Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsinə 15 may 2023-cü il tarixindən start veriləcək.
Nazirlikdən bildirilib ki, test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 141 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak edəcəkdir.
Müsahibə proqramına əsasən hər bir namizədin iddia etdiyi vəzifə üzrə peşə hazırlığı və bilik səviyyəsi yoxlanılacaq.
Namizədlər müsahibə proqramı ilə bu link vasitəsilə tanış ola bilərlər.
Qısa zamanda namizədlərlə müsahibələrin keçirilmə qrafiki Nazirliyin rəsmi saytında yerləşdiriləcək.