​İlham Əliyev Nenad Neşiçi qəbul etdi

​İlham Əliyev Nenad Neşiçi qəbul etdi
12:35 11.04.2023
147 Siyasət
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi sahədə çox yaxşı səviyyədə olduğu bildirildi, əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olundu və bu əlaqələrin genişləndirilməsi üçün önəmli addımların atıldığı vurğulandı.

Söhbət zamanı yüksək səviyyədə keçirilən görüşlərin münasibətlərimizin inkişafı və perspektivlərin müzakirəsi baxımından önəmi qeyd edildi, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirildi, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin ölkəmizə səfərinin bu işə töhfə verəcəyinə ümidvarlıq ifadə edildi.

Görüşdə COVID-19 dövründə, həmçinin Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın göstərdiyi dəstək bir daha yüksək qiymətləndirildi.