Xəbər verdiyimiz kimi, bu gün vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
E-huquq.az-ın məlumatına görə, Vəkillər Kollegiyasına üzv qəbul olunanlardan biri də İctima Televiziyanın aparıcısı Toğrul Məmmədovdur.
T.Məmmədov İTV-də yayımlanan "Qanundan kənar” və "Xəbərimiz var” verilişlərinin aparıcısı olub.
Qeyd edək ki, bugünkü andiçmə mərasimində 83 namizəd vəkil andı içərək fəaliyyətə başlayıb. Onlara vəkil vəsiqələri və ilk dəfə olaraq vəkil reyestrindən çıxarışlar təqdim edilib.