Bakıda azyaşlı qızına təcavüz etməkdə təqsirli bilinən Elvin Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası aprelin 25-nə təyin olunub.
Qeyd edək ki, Bakı şəhər sakini Elvin Vəliyev azyaşlı qızına qarşı seksual xarakterli hərəkətlər etməsi barədə hüquq-mühafizə orqanlarına məlum daxil olub.
Onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib. (olke.az)